a302d5b3-e55c-44c4-ad46-e2b113e994b0..jpg

Brilliant Dadaşovadan bayağı mahnılar ifa edən müğənnilərlə bağlı: “Bir parça çörək pulu qazanırlar” – VİDEO

Baxış sayı: 812 dəfə baxılıb.

Brilliant Dadaşovadan bayağı mahnılar ifa edən müğənnilərlə bağlı: “Bir parça
çörək pulu qazanırlar” – VİDEO

Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin zərərli vərdişlərdən
istifadəni, tüfeyli həyat tərzini, mental dəyərlərimizə zidd olan davranışları
təbliğ edən, aqressiv hərəkətlərə və özünəqəsdə sövq edən mahnıların siyahısını
açıqlması həm cəmiyyət həm də şou əhli arasında birmənalı qarşılanmayıb.

Bizim.media xəbər verir ki, sözügedən qurumun keçirdiyi iclasda Xalq artisti
Brilliant Dadaşova çıxış edib.

Sənətçi bildirib ki, radio və televiziyalarda mahnılar düzgün şəkildə təbliğ
olunmalıdır:

“Xalqın nümayəndələri, oxumaq arzusunda olan gənclərimiz bir parça çörək pulu
qazanmaq istəyirlər. Onlara mane olmaq olmaz. Amma televiziyalarımız bu
mahnılara qayda-qanun qoysalar, bütün məşhur olmaq istəyənlər, “YouTube”da nə
qədər baxış sayları olsa da, onlar yenə də televiziyanın qoyduğu qayda-qanuna
uyğun gəlmək istəyəcəklər.

Çünki xalq televiziyanı çox ciddi qəbul edir. Biz nə qədər desək ki,
televiziya verilişlərinə baxmırıq, amma xalq televiziyanı norma kimi qəbul
edir. Musiqi redaktorları isə savadlı, ədəbiyyatımızı və musiqimizi bilən
insanlar olmalıdır. Radio və televiziyalarda mahnılar düzgün təbliğ
olunmalıdır”.


Source link