Britaniya Baş naziri postuna namizəd: Narkoman olmuşam

Baxış sayı: 2. 420 dəfə baxılıb.

Britaniya Baş naziri postuna namizəd: Narkoman olmuşam

Böyük Britaniya Baş naziri vəzifəsinə namizəd Maykl Qouv vaxtilə narkotik qəbul etdiyini etiraf edib.

Lenta.ru xəbər verir ki, o, siyasətə gələnə qədər kokaindən istifadə etdiyini deyib.

“Həmin vaxt mən gənc jurnalist idim. Təbii ki, bu, yanlış hərəkət idi. Geriyə baxıram və düşünürəm ki, gərək belə etməyəydim”, – deyə Baş nazirliyə namizəd qeyd edib.

Bununla belə, M.Qouv hesab edir ki, keçmiş səhvlər insanı Mühafizəkarlar Partiyasının rəhbəri postuna namizədliyini irəli sürmək hüququndan məhrum etməməlidir.

M.Qouvu Mühafizəkarların parlament fraksiyasının üzvləri dəstəkləyirlər. Hazırda siyasətçi ətraf mühit məsələləri üzrə nazir vəzifəsində çalışır.

Qeyd edək ki, Tereza Mey partiyanın sədri və Baş nazir postundan istefa verib. M.Qouvdan başqa sabiq xarici işlər naziri Boris Conson, hazırkı xarici işlər naziri Ceremi Hant və “Brexit” məsələsi üzrə sabiq nazir Dominik Raab da hökumətə rəhbərlik etmək istəyir. Bukmekerlər M.Qouvun daha çox şansı olduğunu bildirirlər.