Britaniya BMT-nin Qəzzada fəaliyyət göstərən qurumuna maliyyəni dayandırıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Böyük Britaniya BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə
Yaxın Şərq Agentliyinin (UNRWA) maliyyələşdirməsini dayandırıb.
Bu barədə Böyük Britaniya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Britaniya hökuməti iddia edib ki, BMT-nin Fələstinli Qaçqınlara Yardım və
İşlər üzrə Agentliyinin HƏMAS-la əlaqələri var və bu radikal təşkilatla
təmasdadır.
Xatırladaq ki, bundan əvvəl ABŞ, Avstraliya və Kanada da eyni səbəbləri əsas
gətirərək UNRWA-nın maliyyələşdirilməsini dayandırıb.
Mənbə: TASS