Britaniya Brexit ilə əlaqədar Aİ-yə pul ödəməkdən imtina edə bilər

Baxış sayı: 2. 413 dəfə baxılıb.

Britaniya Brexit ilə əlaqədar Aİ-yə pul ödəməkdən imtina edə bilər

Əgər Avropa İttifaqı (Aİ) Böyük Britaniya ilə yeni ticarət sazişi imzalamaqdan imtina edərsə, London Brexit ilə əlaqədar Avropa İttifaqına 39 milyard funt ödəməyəcək.

ÇıxışYolu.Com-ın “The Telegraph” qəzetinə istinadən verdiyi məlumata görə, bunu Böyük Britaniyanın Brexit məsələləri üzrə naziri Dominik Raab bəyan edib.

D.Raab deyib ki, tərəflərdən biri sənəd üzrə razılaşdırılmış öhdəliyi qəbul edirsə, ancaq digər tərəf qəbul etmirsə, bu situasiya qəbuledilməzdir.

Məlum olduğu kimi, 30 mart 2019-cu il Böyük Britaniya rəsmən Aİ-dən çıxacağı tarix olacaq. 

www.ÇıxışYolu.Com