Böyük Britaniya Gürcüstan hökuməti ilə apardığı “Uordrop Strateji Dialoqu”nu
dondurduğunu açıqlayıb.
Cixisyolu.com TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın
Gürcüstandakı səfiri Qarret Uord məlumat verib.
“Biz, həmçinin müdafiə qərargahları arasında planlaşdırılan yüksəksəviyyəli
danışıqları ləğv etdik və yeni kibertəhlükəsizlik proqramını dayandırdıq”, –
deyə britaniyalı səfir Qarret Uord vurğulayıb.
Xatırladaq ki, ötən həftə də Avropa Parlamentinin üzvləri Gürcüstanın
demokratiyadan geri çəkildiyini əsas gətirərək Tbilisiyə Avropadan ayrılan
maliyyənin dondurulmasını tələb edən qətnamə qəbul ediblər.
Sənəddə bildirilir ki, Gürcüstanın yeni qanunları, ölkənin seçki qanunlarına
edilən dəyişikliklər və artan anti-Avropa ritorikası ilə birlikdə, söz
azadlığını pozur, mediaya senzura qoyur, vətəndaş cəmiyyəti və QHT sektorunda
tənqidi fikirlərə məhdudiyyətlər qoyur və həssas təbəqəyə qarşı ayrı-seçkilik
edir.