Şahzadə Harri və onun həyat yoldaşı Meqan Markl yeni varisin doğulmasını gözləyirlər.
“Express.co.uk” jurnalı Britaniya KİV-lərinə istinadən xəbər verir ki, cütlük bu haqda rəsmi bəyanat verməyə tələsmir.
Sassesks hersoqları içtimaiyətin ailələrinə böyük diqqətini nəzərə alaraq hamiləliyi gizli saxlamaq qərarına gəliblər.
Meqan Marklın uşağı Los-Ancelesdə doğmaq niyyətində olduğu bildirilir. O birinci hamiləliyi zamanı özünü tənha hiss etdiyindən bu dəfə anasının yanında olmağı qərar verib.