Britaniya KİV: Rusiya kibermüharibəyə hazırlaşır – VİDEO

Britaniya KİV: Rusiya kibermüharibəyə hazırlaşır – VİDEO

Baxış sayı: 2. 842 dəfə baxılıb.

Britaniya mətbuatı həyəcan təbili çalır. İddiaya görə, Rusiya hökuməti Qərbin Suriyaya endirdiyi zərbələrə cavab olaraq irimiqyaslı virtual hücumlara hazırlaşır.  

ÇıxışYolu.Com  xəbər verir ki, bu barədə “Euronews” məlumat yayıb.

“Rusiyanın dezinformasiya kampaniyası artıq başlayıb. Son günlər ərzində Rusiyadan olan trolların sayı iki mini ötüb. Biz belə faktlar barədə ictimaiyyəti məlumatlandırmağa davam edəcəyik”, – deyə Pentaqonun rəsmi nümayəndəsi Dana Uayt bildirib.

“Daily Telegraph”, “Daily Express” və “Daily Mirror” kimi nüfuzlu Britaniya nəşrləri Moskvanın kiberhücumlarda aeroportları, dəmiryolu nəqliyyatını, xəstəxanaları, elektrik stansiyalarını və bankları hədəfə alacağını iddia edir.  

Habelə Britaniyalı jurnalistlər əmin edir ki, Kreml rəqəmsal müharibəyə əl atsa, ölkənin müdafiə nazirliyi istənilən halda Rusiyanın kiberhücumlarını dəf edəcək.

Bir müddət əvvəl Almaniya hökuməti, ölkənin XİN-ə edilmiş virtual hücumun Rusiya ərazisindən gerçəkləşdirildiyini elan etmişdi.

Qeyd edək ki, Moskva ABŞ, Britaniya və Fransanın Suriyaya endirdiyi raket zərbələrini təcavüz aktı və dünyada sülh və sabitliyi pozmaq cəhdi kimi qiymətləndirib.

.
www.ÇıxışYolu.Com