Britaniya Kraliçasının Moskvada mülkləri aşkarlandı

Baxış sayı: 2. 359 dəfə baxılıb.

Britaniya Kraliçasının Moskvada mülkləri aşkarlandı

Böyük Britaniya Kraliçası II Yelizavetanın Moskvada dəbdəbəli və lüks evlərinin olduğu ortaya çıxıb.

“Telegram”ın “Baza” kanalının yaydığı xəbərdə bildirilir ki, Kraliça Moskvanın ən prestijli rayonunda dörd evə sahibdir.

Evlərin ümumi sahəsi 839 kv.m, dəyəri isə 540 milyon rubldur (təxminən, 144 milyon 720 min manat – red.).

Evlərin dördü də birinci Obidenskiy döngəsi, 10-сu binanın birinci, ikinci və dördüncü mərtəbəsində yerləşir.

Evlərdən biri 2002-ci, digər üç ev isə bir il sonra 2003-cü ildə alınıb. Diqqət çəkən məqam isə Kraliçanın bu evlərdən heç birində hələ də olmamasıdır.

Bir sözlə, II Yelizaveta indiyə qədər heç vaxt bu evlərə baş çəkməyib. Kraliça Moskvada sonuncu dəfə 1994-cü ildə olub.

Hazırda isə sözügedən evlərdə Kanadanın Rusiyadakı səfirliyinin işçiləri yaşayır.

Rəşad Əliyev