bc0a1598-3aac-43d1-8145-c874d324b3ab..jpg

Britaniya nəşri Rusiyanın ABŞ-yə xəbərdarlıq siqnallarından yazdı

Baxış sayı: 837 dəfə baxılıb.

Britaniya nəşri Rusiyanın ABŞ-yə xəbərdarlıq siqnallarından yazdı

“Rusiya xarici işlər naziri Sergey Lavrovun BMT Təhlükəsizlik Şurasının
iclasında iştirak üçün Nyu-Yorka səfəri ərəfəsində ABŞ hakimiyyəti iki
xəbərdarlıq siqnalı alıb”.

Bu sözləri “Daily Express” Britaniya nəşrinin analitiki Pol Uizers öz
məqaləsində qeyd edib.

O bildirib ki, ABŞ hakimiyyəti bir neçə rusiyalı jurnalistə ABŞ vizası
verməyib və Vaşinqtonun bu qərarı Moskvada kəskin tənqid olunub.

Xüsusilə Lavrov Nyu-Yorka getməzdən əvvəl ABŞ-ni qorxaqlıqda ittiham edib. O
vurğulayıb ki, Rusiya Amerika tərəfinin bu addımını unutmayacaq və
bağışlamayacaq. Uizers bu məqamı Moskvadan gələn ilk xəbərdarlıq kimi
xarakterizə edib.

Analitikin fikrincə, növbəti təhlükə barədə xəbərdarlıq Lavrovun müavini
Sergey Ryabkov tərəfindən səsləndirilib. Onun sözlərinə görə, Moskva elə
şəkildə cavab verəcək ki, ABŞ bunu uzun müddət unutmayacaq.

Uizers belə qənaətə gəlib ki, vəziyyət hələ Lavrovun Nyu-York səfərindən əvvəl
gərgin olub.

Mənbə: İzvestiya

Source link