Britaniya nüvə müharibəsi təhlükəsi barədə xəbərdarlıq etdi

Baxış sayı: 3. 029 dəfə baxılıb.

Britaniya nüvə müharibəsi təhlükəsi barədə xəbərdarlıq etdi

Britaniya parlamenti hesab edir ki, silahlanmaya dair razılaşmalara əməl edilməməsi dünyanı nüvə təhükəsi ilə üz-üzə qoyub.

The Independent-in xəbərinə görə, Böyük Britaniya parlamentinin Beynəlxalq Münasibətlər Komitəsinin sədri Devid Haulel bildirib ki, nüvə silahlarına malik dövlətlər arasında münasibətlər “soyuq müharibə” illərindəkindən daha gərgindir.

“Komitə gələn həftə nüvə silahlarının yayılmaması haqında müqaviləni müzakirəyə çıxaracaq. Bu nüvə silahına malik dövlətlərin dialoq qurmasına kömək edəcək. Ümid edirik ki, NATO-ya üzv dövlətlər yaxın və orta mənzilli nüvə raketlərinin məhv edilməsinə dair müqaviləni yenidən bərpa edəcəklər”.