Britaniya parlamentində Kayman və Virgin adalarının ofşor zonalarında bank hesabları olan şəxslərin adlarının açıqlanmasını tələb edən qanun qəbul olunub.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Qanuna əsasən, hesab sahibləri ilə bağlı məlumatlar 2020-ci ilə kimi ictimailəşdirilməlidir.
Buna qədər Britaniyanın dəniz ərazilərinə daxil olan bu adalarda aktiv sahiblərinin anonimliyi qorunurdu.
Bundan əvvəl “The Times” nəşri, Britaniya hökumətinin ofşor zonalarda bank hesabları olan “rusiyalı oliqarxların” adlarını açıqlayacağı haqqında məlumat yaymışdı.