1d83d271-fc65-4636-9148-7cad216aa154..jpg

Britaniya parlamentində Azərbaycan ərazilərinin minalardan təmizlənməsi və yenidənqurma məsələsi qaldırılıb

Baxış sayı: 616 dəfə baxılıb.

Britaniya parlamentində Azərbaycan ərazilərinin minalardan təmizlənməsi və
yenidənqurma məsələsi qaldırılıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Britaniya parlamentində işğaldan azad edilmiş Azərbaycan ərazilərinin
minalardan təmizlənməsi və yenidənqurma məsələsi qaldırılıb.

Azərbaycanın bu ölkədəki səfirliyindən bildirilib ki, Britaniya-Azərbaycan
parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun sədr müavini Devid Duqid
Britaniya parlamentində keçirilən müzakirələr zamanı Şimali Amerika və Avropa
regionu üzrə dövlət naziri Leo Dokertiyə Britaniya Hökumətinin və şirkətlərinin
Azərbaycanın Qarabağ regionunun Ermənistan Silahlı Qüvvələri tərəfindən
basdırılmış minalardan təmizlənməsi və işğal dövründə talan edilmiş, dağıdılmış
şəhərlərin və yaşayış məntəqələrinin yenidən qurulması üçün hansı dəstəyi
göstərdiyini sorğu edib.

Sualı cavablandıran dövlət naziri Britaniya Hökuməti tərəfindən regiondakı
humanitar vəziyyətin qiymətləndirilməsinin davam etdirildiyini, 2020-ci ildən
etibarən regionun minalardan təmizlənməsi üçün BMT-nin İnkişaf Proqramına 1
milyon funt sterlinq vəsaitin ayrıldığını qeyd edib, yenidənqurma və
reinteqrasiya məsələlərinə dair Azərbaycan Hökuməti ilə müzakirələrin
aparıldığını bildirib.

Source link