Britaniya Parlamentində Azərbaycanla Ermənistanın birgə bəyanatına dəstək
ifadə olunub
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Britaniya Parlamentində Azərbaycanla Ermənistan arasında ikitərəfli danışıqlar
nəticəsində Azərbaycan Respublikasının Prezident Administrasiyası və Ermənistan
Respublikasının Baş nazirinin ofisi tərəfindən verilmiş yeddi dekabr tarixli
birgə bəyanata dəstək ifadə olunub.
Bu barədə Azərbaycanın Böyük Britaniyadakı səfirliyindən bildirilib.
İcmalar Palatasının üzvü David Duquid Parlamentdəki çıxışında birgə bəyanata
tarixi hadisə kimi istinad edib. O, Azərbaycanla Ermənistan arasında davamlı
sülh müqaviləsinin əldə edilməsi istiqamətində Britaniya hökuməti tərəfindən
görülən işlər barədə sual verib.
Cavab olaraq Britaniya Xarici İşlər Nazirliyində (XİN) Avropa üzrə nazir Leo
Dokerti bildirib ki, Azərbaycan və Ermənistanın ikitərəfli münasibətləri
normallaşdırmaq barədə niyyətlərini təsdiq edən birgə bəyanat vermələri
ruhlandırıcıdır. Nazir qeyd edib ki, Britaniya Azərbaycan və Ermənistanın
tarixi və davamlı sülh əldə etmək istiqamətindəki səylərini tam şəkildə
dəstəkləyir.