Britaniya polisi “Mançester Siti”nin futbolçusunun barda çəkilən görüntülərini
araşdırır – FOTO/VİDEO
Britaniya polisi “Mançester Siti”nin müdafiəçisi Kayl Uokerlə bağlı
araşdırmalara başlayıb.
Buna səbəb İngiltərə millisinin üzvünün barların birində çəkilən görüntüsüdür.
Futbolçunun sərxoş vəziyyətdə bara daxil olaraq orada şalvarını çıxardığı, rəqs
etdiyi və qızların birinin bədəninə toxunduğu video yayılmışdı.
Buna baxmayaraq, Uloker çərşənbə günü “şəhərlilər”in məşqində iştirak edib.
Klub 32 yaşlı futbolçuya qarşı tədbir görmək fikrində deyil.
Mənbə: “Daily Mail”