Britaniya qadın casusların sayını artırır

Britaniya qadın casusların sayını artırır

Baxış sayı: 2. 114 dəfə baxılıb.

Böyük Britaniyanın kəşfiyyat xidməti (MI6) qurumun sıralarına daha çox qadın və etnik azlıqların nümayəndələrini cəlb etmək üçün yerli telekanalda təbliğat xarakterli videoçarx yayımlayacaq.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Məlumata əsasən, “Channel 4 News” telekanalında yerli vaxtla 18:30-da nümayiş olunacaq reklam çarxı, Ceymz Bond filmlərində şər qüvvəni simvolizə edən köpəkbalığının görüntüsü ilə başlayacaq.

Ötən il “MI6” təbliğat məqsədi ilə kinoteatrlarda analoji reklam nümayiş etdirmişdi.

Məlumata görə, məxfi xidmətə cəlb olunan qadın əməkdaşlar 35-37 min funt sterlinq maaş alacaq.

Britaniyanın hökumət rəsmiləri Solsberidə keçmiş rusiyalı casus Serqey Skripalın zəhərlənməsi ilə bağlı insidentdən sonra “MI6”nın sıralarına qatılmağa çalışan britaniyalıların sayının əhəmiyyətli dərəcədə artdığını bildirir.

Statistikaya görə, kəşfiyyat xidmətində rəhbər vəzifələrin 24,1 faizini qadınlar tutur. Eyni zamanda qadınlar sıravi işçilərin 37,8 faizini təşkil edir.

.
www.ÇıxışYolu.Com