8d8d2d57-992a-4c5f-b688-2c647e165869..jpg

Britaniya Qazaxıstana Azərbaycandan keçən neft ixracına kömək edəcək

Baxış sayı: 852 dəfə baxılıb.

Britaniya Qazaxıstana Azərbaycandan keçən neft ixracına kömək edəcək

Qazaxıstanda səfərdə olan Böyük Britaniyanın xarici işlər naziri Ceyms
Kleverli mətbuata açıqlamasında bildirib ki, London Astanaya Azərbaycandan
keçən ixrac marşrutlarını inkişaf etdirməyə kömək edəcək.

Britaniyanın xarici işlər naziri Qazaxıstan neftinin Avropa bazarına
daşınmasına toxunaraq vurğulayıb ki, nəzərdə tutulan ixrac marşrutu Xəzər
dənizi, Azərbaycan, Gürcüstan və Türkiyədən keçir və onun imkanlarını artırmaq
üçün əhəmiyyətli investisiya tələb olunur.

Qazaxıstan prezidenti Qasım-Jomart Tokayev və bir sıra digər yüksək vəzifəli
şəxslərlə görüşən C. Kleverli Moskva ilə sıx müttəfiq olan Astananın Ukrayna
münaqişəsində tutduğu mövqeyi yüksək qiymətləndirib.

Mənbə: Reuters

Source link