NATO “potensial təcavüzə” qarşı mübarizə aparmaq məqsədi ilə Britaniyanın “Typhoon” qırıcılarının Qara dəniz üzərindən uçuşlar həyata keçirməsinə icazə verib.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə Britaniya hava qüvvələri komandanlığının mətbuat xidməti məlumat yayıb.
Qərar Rumıniyada keçirilən NATO tədbirində elan olunub. Qərara əsasən, Britaniya qırıcıları Qara dənizin hava patrulunda iştirak edəcək.
“Belə missiyalar alyansa və ya onun hər hansı üzvünə qarşı potensial təcavüz və ya təhdidlərə ən qısa zamanda effektiv şəkildə cavab vermək imkanı yaradır.”, – deyə Britaniyanın Rumıniyadakı səfiri Pol Brammel bildirib.