Britaniya Rusiya banklarını cəzalandırmağı planlaşdırır

Britaniya Rusiya banklarını cəzalandırmağı planlaşdırır

Baxış sayı: 2. 509 dəfə baxılıb.

“Skripalın işi” qalmaqalı fonunda Britaniya Rusiyaya aid istiqrazların London hesablama palatası vasitəsilə satışını qadağan etmək niyyətindədir.

ÇıxışYolu.Com  “Lenta.ru”ya istinadən xəbər verir ki, ölkənin baş naziri Tereza Mey yaxın zamanda bu təklifi hökumət rəsmiləri ilə müzakirə edəcək.

Belə bir təşəbbüslə xarici işlər komitəsinin sədri Tom Tuqendhat çıxış edib.

Onun sözlərinə görə, Avropa və Böyük Britaniya qanunvericiliyində olan boşluqlar sanksiya altında olan Rusiya banklarına Rusiya istiqrazlarının buraxılışının təşkilatçıları qismində çıxış etməyə imkan verir.

Son həftə ərzində Tuqendhat üç dəfə bu təklifi irəli sürüb.  Britaniya xarici işlər naziri Boric Conson təklifin maraqlı olduğunu bildirərək, ona baxılacağını vədd edib.

www.ÇıxışYolu.Com