Rusiya bütün ölkələrə təhlükə yaradır.
ÇıxışYolu.Com xəbər verir ki, belə bəyanatla Böyük Britaniyanın müdafiə naziri Qevin Uilyamson çıxış edib.
Onun sözlərinə görə, 3 il əvvəl Londonda Rusiyanı “yaranan təhlükə” kimi dəyərləndirirdilər, lakin hadisələrin hansı məcrada inkişaf edəcəyini bilmirdilər.
“Dünyanın 2015-ci ildən əldə etdiyi təcrübəsi göstərir ki, söhbət yalnız Böyük Britaniya və ya Avropanın digər ölkələrinə deyil, bütün dövlətlərə yönələn təhlükədən gedir”, – Uilyamson deyib.
O qeyd edib ki, Moskva məqsədinə çatmaq üçün məxfi əməliyyatlar və siyasi diversiyalardan istifadə edir.