Britaniya şahzadəsi ABŞ vətəndaşı oldu
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Kral III Çarlzın oğlu və Böyük Britaniya taxtının növbədə beşinci varisi olan
Sasseks hersoqu, şahzadə Harri ABŞ rezidenti olduğunu rəsmən təsdiqləyib.
Məlumata görə, onun nəzarət etdiyi səyahət şirkəti bu həftə Britaniya
səlahiyyətlilərinə şahzadənin köçdüyünü və hazırda ABŞ-də yaşadığını bildirən
sənədlər təqdim edib.
Qeyd olunub ki, rəsmi etiraf Harri və həyat yoldaşı, Sasseks hersoginyası
Meqan Cənubi Kaliforniyadakı villaya köçdükdən dörd il sonra edilib. Bu,
şahzadənin həyat yoldaşı ilə kral vəzifələrindən imtina etdikdən və ABŞ-də
media ilə gəlirli sövdələşmələr bağladıqdan sonra Britaniyadan getdikcə
uzaqlaşdığını vurğulayıb. O vaxtdan bəri Harri dəfələrlə kral ailəsini tənqid
edib və onları şüursuz irqçilikdə ittiham edib.
Mənbə: Associated Press