Britaniya və Avropa İttifaqı arasında razılaşma əldə olunub

Britaniya və Avropa İttifaqı arasında razılaşma əldə olunub

Baxış sayı: 3. 247 dəfə baxılıb.

Britaniya və Avropa İttifaqı rəhbərliyi, Britaniyanın blokdan çıxması prosesinin keçid dövrünün əsas şərtləri ətrafında ortaq məxrəcə gəlib.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə BBC “Breksit” danışıqlar prosesinin vasitəçisi Maykl Barniyerə istinadən məlumat yayıb.

Barniyer keçid müddətinin şərtləri ilə bağlı razılaşmanın əldə olunduğunu bildirib və bunun “həlledici addım” olduğunu vurğulayıb.

Buna baxmayaraq tərərflər hələ də, Şimali İrlandiya sərhədi məsələsi ilə bağlı ortaq məxrəcə gələ bilməyib.

Keçid dövrünün  29 mart 2019-ci ildən  2020-ci ilin dekabr ayına kimi davam edəcəyi qeyd olunur.

Barniyer eyni zamanda Britaniyada yaşayan 4,5 milyon Avropa İttifaqı ölkələrindən olan vətəndaşların və Avropa İttifaqında yaşayan 1,2 milyon Britaniya vətəndaşının hüquqları ilə bağlı razılaşmanın əldə olunduğunu diqqətə çatdırıb.

Belə şərtlərdən birinə görə, keçid dövrü ərzində Britaniyaya gələn Avropa İttifaqı vətəndaşlarına “Breksit”dən əvvəlki illərdə verilən hüquq və zəmanətlər veriləcək.

.
www.ÇıxışYolu.Com