Britaniya XİN-in dövlət naziri yanğınla bağlı başsağlığı verdi

Britaniya XİN-in dövlət naziri yanğınla bağlı başsağlığı verdi

Baxış sayı: 2. 790 dəfə baxılıb.

Böyük Britaniya parlamentinin üzvü, Xarici İşlər Nazirliyinin Avropa və Amerika üzrə dövlət naziri Alan Dunkan bu gün Bakıda Respublika Narkoloji Mərkəzində baş vermiş yanğınla əlaqədar Azərbaycan xalqına başsağlığı verib.

ÇıxışYolu.Com xəbər verir ki, o bu barədə şəxsi “Twitter” səhifəsində yazıb:

“Fikirlərim Bakıda narkoloji mərkəzdə baş vermiş  yanğın zamanı yaxınlarını itirmiş şəxslər və Azərbaycan xalqının yanındadır”.

Eyni zamanda Gürcüstan baş naziri Giorgi Kvirikaşvili də hadisə ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verib. 

www.ÇıxışYolu.Com

Gürcüstan baş naziri Giorgi Kvirikaşvili də hadisə ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verib.