Britaniya XİN: “İran husilərin Qırmızı dənizdə hücumlarını dayandırmaq üçün
təsir göstərməlidir” – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“İran Qırmızı dənizdə gəmilərə hücumları dayandırmaq üçün Yəmənin üsyançı
“Ənsar Allah” hərəkatına (husilərə) təzyiq etməlidir”.
Bu sözləri Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron öz “X”
hesabında yazıb.
O, iranlı həmkarı Hüseyn Əmir Abdullahyanla telefon danışığı həyata keçirdiyi
bildirib.
“Bu gün Əmir Abdullahyanla Qırmızı dənizdə həm günahsız insanların həyatı, həm
də qlobal iqtisadiyyat üçün təhlükə yaradan hücumlar barədə danışdım. İranın bu
hücumların qarşısının alınmasında məsuliyyəti digər ölkələrlə bölüşməli
olduğunu açıq şəkildə bildirdim, çünki o, uzun müddətdir husiləri dəstəkləyib”,
– Kemeron yazıb.
I spoke to @Amirabdolahian
attacks in the Red Sea, which threaten innocent lives and the global economy. I
made clear that Iran shares responsibility for preventing these attacks given
their long-standing support to the Houthis.
— David Cameron (@David_Cameron) December 31, 2023
Mənbə: TASS