Britaniyada elektron siqaretlər qadağan ediləcək
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Britaniya hökuməti ölkədə birdəfəlik istifadə üçün nəzərdə tutulan elektron
siqaretlərin satışını qadağan edən qanun layihəsini parlamentə təqdim edəcək.
Bu barədə Böyük Britaniyanın Baş naziri Rişi Sunakın ofisinin bəyanatında
deyilir.
Qeyd olunur ki, qadağanın Britaniyada iki il ərzində birdəfəlik elektron
siqaretdən istifadə edən 11-17 yaşlı yeniyetmələrin sayının təxminən doqquz
dəfə artması fonunda tətbiq olunması istənilir.
Qanun layihəsi, həmçinin elektron siqaret mayelərində olan dadın
məhdudlaşdırılması və yeniyetmələri cəlb etməsin deyə elektron siqaretlərin
mağazalarda reklamının qarşısını almağı nəzərdə tutub.
Mənbə: RT