Böyük Britaniyada polis əməkdaşını dişləyən it barəsində həbs qərarı verilib.
ÇıxışYolu.Com xəbər verir ki, çau-çau cinsindən olan küçük heyvanların saxlanması məntəqəsinə göndərilib.
Bildirilir ki, it “Təhlükəli itlər barədə Akt” adlı sənədə əsasən həbs olunub.
Çau-çau orada 9 ay qalmalı olacaq.
İtin sahibləri isə vəkillərin köməyi ilə qərarı dəyişdirməyə çalışacaqlar.