Böyük Britaniya hüquq-mühafizə orqanları rekord miqdarda narkotik maddə -1,3 ton heroin ələ keçiriblər.
“RİA Novosti” xəbər verir ki, narkotiklərin ümumi bazar qiyməti 120 milyon funt sterlinqdən (247 milyon manat) çoxdur.
Narkotiklər Felikstouv limanında “MV Gibraltar” konteynerində tapılıb.
Məlumata görə, hüquq-mühafizə orqanları əvvəlcədən müəyyən ediblər ki, narkotik daşayan gəmi Antverpenə yollanır, Britaniya adasında isə müvəqqəti dayanacaq edəcək.
Gəmini yoxlayan zaman dəsmal və xalatlara bükülmüş heroin aşkar olunub.