Britaniyada rusiyalılar saxlanılır

Britaniyada rusiyalılar saxlanılır

Baxış sayı: 2. 267 dəfə baxılıb.

Britaniyalı sərhədçilər və polis əməkdaşları Rusiya vətəndaşlarını əsassız olaraq saxlayır və sorğu-sual edir.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə Rusiyanın Londondakı səfirliyinin rəsmi saytında məlumat yayılıb.

Diplomatik nümayəndəliyin məlumatına əsasən, saxlanılanlar arasında Rusiyadan Britaniyaya tam qanuni əsaslarla, Britaniya vizası ilə gəlmiş vətəndaşlar yer alır.

Qeyd edək ki, keçmiş rusiyalı casus Serqey Skripalın zəhərlənməsi ilə bağlı qalmaqaldan sonra, Rusiya səfirliyi Britaniyada kəskin “anti-rusiya atmosferinin” formalaşdığını və hüquq mühafizə orqanları və xüsusi xidmət orqanları əməkdaşlarının ölkəyə Rusiya pasportu ilə gələn vətəndaşlarla maraqlandığını bildirmişdi.

.
www.ÇıxışYolu.Com