Solsberidə kimyəvi maddə ilə zəhərlənmiş keçmiş rusiyalı casus Serqey Skripalın yaşadığı ev, həmçinin onun qızı Yuliya ilə birgə baş çəkdiyi pab və restoran böyük ehtimalla söküləcək.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə Britaniyanın “Mail on Sunday” nəşri məlumat yayıb.
Ekspertlər bildiriblər ki, iqtisadi baxımdan onun yaşadığı evi sökmək, orada “Noviçok” maddəsinin olub olmadığını yoxlamaqdan daha sərfəlidir.
Beləcə, onun və qızının huşsuz vəziyyətdə aşkarlanmazdan bir neçə saat əvvəl baş çəkdikləri “Zizzi” restoranı və “The Mill” pabının da söküləcəyi ehtimalı yüksəkdir.
Qeyd edək ki, Britaniya hökuməti bu həftə Skripal ailəsinin zəhərlənmə günü olduğu məkanları üç metr hündürlüklü çəpərlərlə dövrəyə almağı planlaşdırır.