Böyük Britaniyada xüsusi təyinatlı dəstə Temza çayının mənsəbində bir qrup miqrantın ələ keçirdiyi gəmini azad edib.
ÇıxışYolu.Com xəbər verir ki, bu haqda “The Sun” nəşrinin siyasi redaktoru Tom Dann öz “Twitter” səhifəsində Esseks polis idarəsinə istinadən məlumat yayıb.
Məlumata əsasən, xüsusi təyinatlılar gəmiyə reyd edərək, onu qısa müddətə nəzarətə götürüb.
Gəmini qaçırmış, bıçaq və dəmir dəyənəklərlə silahlanmış miqrantların müqavimət göstərmədən xüsusi təyinatlılara təslim olduqları bildirilir.