Britaniyada işləyən rusiyalı jurnalistlərə təhdid dolu məktublar göndərilir.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
İddiaya görə, buna səbəb rusiyalı jurnalistlərin Britaniyada baş verən hadisələri və Solberidə keçmiş Rusiyalı casusun zəhərlənməsi ilə bağlı yerli KİV-də yayılan məlumatları qərəzli şəkildə işıqlandırmasıdır.
Rusiyanın NTV telekanalının müxbiri Yelizaveta Qersonun bu barədə verdiyi açıqlamanı, Rusiyanın İngiltərədəki səfirliyi də təsdiqləyib.
Jurnalistin dediyinə görə, tanımadığı şəxsdən elektron poçtuna məktub daxil olub:
“Hesab edirəm ki, bu xəstə bir insandır. Ancaq bundan çox pis oldum. Təhdid dolu iyrənc şeylər yazılmışdı məktubda…. “Twitter” hesabıma da iyrənc yazılar göndərilmişdi, ancaq onlarda təhdid yox idi” deyə jurnalist bildirib.
Sözü gedən məktubda bunlar yazılıb.
“Sən ya imbesilsən, ya Rusiya marioneti, ya da ki, saxtakar bir insan. İstənilən halda bilmirəm sənə nifrət edim, ya məsxərəyə qoyum. Sənə jurnalist adı yaraşmır. Sadəcə sənə gülürəm. Ha-ha-ha. Rusiyada qələmlə iş görən, (Britaniyada) qılıncla öldürülə bilər”
Məktub Bruce Fountain adı ilə imzalanıb.
İnformasiyanı təsdiq edən Rusiya səfirliyinin elektron poçtuna da oxşar kobud ifadələrin yer aldığı məktubların daxil olduğu bildirilir.