Britaniyalı lordlara parlamentdə yatmaq qadağan edildi

Britaniyalı lordlara parlamentdə yatmaq qadağan edildi

Baxış sayı: 3. 038 dəfə baxılıb.

Böyük Britaniya parlamentində Lordlar palatasının üzvlərinin iclaslar zamanı mürgüləməyini qadağan edən sənəd qəbul edilib.

ÇıxışYolu.Com bununla bağlı “The Times” nəşrinə istinadla xəbər verir.

Lordlar müvafiq davranış qaydalarına riayət etməli olacaqlar.

Sənəddə xüsusilə qeyd edilib ki, son aylar parlamentin yuxarı palatasının üzvlərinin davranışları standartlara uyğun gəlmir. 

Qeyd edilib ki, lordların əsas günahları yüksək səslə danışıq, qışqırıq və debatlar zamanı yatmaq olub. 

Bu ilin fevralında beynəlxalq inkişaf nazirinin müavini Maykl Beyts lordlar palatasının iclasına gecikib. Siyasətçi öz postundan istefa vermək istəyib. Ancaq Böyük Britaniyanın baş naziri Tereza Mey onun istefasını qəbul etməyib. 

www.ÇıxışYolu.Com