Böyük Britaniyanın rəqəmsal texnologiyalar, mədəniyyət, KİV və idman naziri Metyu Henkok ölkə məktəblərində mobil telefondan istifadənin qadağan edilməsini təklif edib.
ÇıxışYolu.Com xəbər verir ki, bu haqda “RİA Novosti”məlumat yayıb.
“Ölkənin bir sıra məktəblərində artıq belə bir qağada tətbiq olunur. Bu məsələ ilə hökumət məşğul olmaq əvəzinə, məktəb rəhbərliyi məşğul olur. Ancaq mən həqiqətən dərs vaxtı mobil telefondan istifadəyə icazə verməyən direktorlarla qürur duyuram.
Başqa məktəblərin də bundan nümunə götürməyini istəyirəm”, – deyə nazir jurnalistlərə verdiyi açıqlamada bildirib.
Onun sözlərinə görə, mobil telefon qadağası uşaqların tədris və tərbiyə prosesində öz müsbət nəticəsini verir.