dfbea394-2fd0-4953-91ed-046b3102e40e..jpg

Britaniyanın Lordlar palatasında azərbaycanlı məcburi köçkünlərin yaşadıqları çətinliklər diqqətə çatdırılıb

Baxış sayı: 642 dəfə baxılıb.

Britaniyanın Lordlar palatasında azərbaycanlı məcburi köçkünlərin yaşadıqları
çətinliklər diqqətə çatdırılıb

Sentyabrın 21-də Britaniyanın Lordlar palatasının ermənipərəst üzvlərinin
təşəbbüsü ilə Azərbaycanın Qarabağ bölgəsində son vəziyyətlə əlaqədar müzakirə
keçirilib.

Bu barədə “Report”a Azərbaycanın Böyük Britaniyadakı səfirliyindən bildirilib.

İslamofob mövqeyi ilə tanınan Karolin Koks və digərləri tərəfindən Azərbaycana
qarşı əsassız iddialar səsləndirilib, Azərbaycan və Ermənistan arasındakı
münaqişəni dini zəmində təqdim etməyə çalışıblar.

Bu əsassız iddialara cavab olaraq Lord David Hovel məsələnin birtərəfli
olmadığını qeyd edərək, 1990-cı illərdə doğma torpaqlarından sürgün edilmiş
azərbaycanlı məcburi köçkünlərin yaşadıqları çətinlikləri diqqətə çatdırıb. O,
Azərbaycan və Britaniyanın strateji tərəfdaşlar olduğunu qeyd edib,
Azərbaycanın regionun geopolitik xəritəsində vacib rol oynadığını bildirib.

Source link