aa02186a-0785-457c-b34c-eb58a4424770..jpg

Britaniyanın ölkəmizdəki səfirindən Azərbaycan dilində yeni il təbriki – VİDEO

Baxış sayı: 537 dəfə baxılıb.

Britaniyanın ölkəmizdəki səfirindən Azərbaycan dilində yeni il təbriki – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Britaniyanın ölkəmizdəki Səfiri Ferqus Old hər kəsi qarşıdan gələn yeni il
münasibətilə Azərbaycan dilində təbrik edib.

Bu barədə səfir “X” hesabında bildirib.

O, bu il həm faciəli hadisələrlə, həm də təəccüblü anlara şahid olduğumuza
baxmayaraq, ili nikbinliklə başa vurduğunu bildirib.

Səfir həmçinin bu il ölkələrimiz arasında ortaq maraqlar üzrə əməkdaşlığın
artıdığı bir il olduğunu da xüsusilə vurğulayıb və Azərbaycan- Ermənistan
münasibətlərinə toxunub.

“Hər iki istiqamətdə dialoq və səfərlər daha dərin anlaşmaya təkan verdi və
qarşıdan gələn ildə daha güclü tərəfdaşlıq üçün zəmin yaratdı. Yeni ildən
gözlədiyimiz çox şey var. Azərbaycanın və Ermənistanın elan etdiyi cəsarətli və
etimadverici addımlar sayəsində sanki Cənubi Qafqazda sülhün bərqərar olmasına
çox yaxınlaşmışıq!”, – deyə o bildirib.

Ferqus Azərbaycanın COP-29-a ev sahibliyi etməsi üçün seçilməsinin böyük şərəf
olduğunu və həmçinin planet və gələcək nəsillər üçün məsuliyyət olduğunu qeyd
edib və Azərbaycanın bu təntənəli vəzifəni öz üzərinə götürəcəyinə əminliyini
vurğulayıb.

Yeni iliniz mübarək olsun! pic.twitter.com/XDR2lCAbbo
— FergusAuldFCDO (@FergusAuldFCDO) December 31, 2023

Source link