Britaniyanın XİN rəhbəri İranın müdafiəsinə qalxdı

Britaniyanın XİN rəhbəri İranın müdafiəsinə qalxdı

Baxış sayı: 3. 192 dəfə baxılıb.

Böyük Britaniyanın xarici işlər naziri Boris Conson “Fox News” telekanalına verdiyi müsahibədə İranla bağlanmış nüvə sazişinin müdafiəsinə qalxıb.

ÇıxışYolu.Com xəbər verir ki, britaniyalı ali diplomat ABŞ-ın Vyanada bağlanmış nüvə sazişindən çıxmaq planlarını pisləyib.

Conson 2015-ci ildə “5+1” qrupu ilə Tehran arasında bağlanmış müqavilənin ideal olmadığını və sənəddə bəzi qüsurların olduğunu etiraf etsə də, ABŞ prezidenti Donald Trampı nüvə sazişindən çıxmamağa çağırıb.

O, Trampın müqaviləni birtərəfli olaraq ləğv etməsi təşəbbüsünü  “vannada çimizdirilən körpənin su ilə birgə atılması”na bənzədib. 

Qeyd edək ki, Vyana sazişinə görə, İran uranın zənginləşdirilməsi proqramını məhdudlaşdırıb. Bunun əvəzində Qərb ölkələri Tehrana qarşı iqtisadi sanksiyaları yumşaltmağa razılaşıb.

.
www.ÇıxışYolu.Com