f9dc1271-fc25-47e9-a4ca-06df34ef25c6..jpg

Britni Spirs 12 milyon dəyəri olan evini satmaq qərarına gəlib

Baxış sayı: 504 dəfə baxılıb.

Britni Spirs 12 milyon dəyəri olan evini satmaq qərarına gəlib

Amerikalı pop müğənni Britni Spirs əri Sem Asqarı ilə 2022-ci ilin iyununda
11,8 milyon dollara aldıqları evi satmaq qərarına gəlib.

Ev Los-Anceles dairəsinin Kalabasas şəhərində yerləşir. Mənzilin təxminən 1,1
min kvadratmetr sahəsi olduğu bildirilir.

Sənətçi atasının qəyyumluğundan çıxdıqdan sonra həyatını “sıfırdan” məhz bu
evdən başlamağı planlaşdırırdı.

Mənbə yazır ki, bir müddət mənzildə qalan sənətçi evi bəyənmədiyi üçün onu
satmaq qərarına gəlib.

Qeyd edək ki, Britni Spirs 2008-ci ildə narkotik vasitələrdən istifadə
səbəbindən və psixi sağlamlığı ilə bağlı problemlərlə üzləşib. O vaxtdan bəri
müğənninin maliyyə məsələləri atasının və məhkəmənin təyin etdiyi vəkilin
nəzarəti altında olub. 2021-ci ilin noyabrında Los-Anceles məhkəməsi Britni
Spirs üzərində atasının qəyyumluğunu rəsmi olaraq ləğv edib.

Mənbə: Tmz.com

Source link