Britni Spirs boşandıqdan sonra keçmiş əri ilə münasibətlərini düzəldib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Müğənni Britni Spirs səs-küylü boşandıqdan sonra keçmiş əri Sem Asqari ilə
münasibətlərini düzəldə bilib.
Məlumata görə, Spirs və Asqari hazırda dostdurlar. Fitnes məşqçisi hələ də
müğənninin ayda 10 min dollar ödədiyi Los-Ancelesdəki hündürmərtəbəli binada
yaşayır.
İnsayderlər, ulduzun boşanmanı tamamlamaq üçün Semə böyük bir məbləğdə çek
yazmağı planlaşdırdığını da qeyd etdilər.
Qeyd edək ki, Britni Spirs “İçimdəki qadın” adlı memuarında Asqarini “Allahın
hədiyyəsi” adlandırıb. Kitab boşanma prosesi başlamazdan əvvəl yazılıb.
Mənbə: gazeta.ru