Britni Spirs: “Ədalət yoxdur”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Müğənni Britni Spirs atası Ceymi Spirslə bağlı məhkəmədən kənar qərarın
ədalətsiz olduğunu açıqlayıb.
Spirsin dediyinə görə, yaşadığı problemlər nəticəsində kürəyində nevroloji
problemlər yaranıb. Hətta bir dəfə ağrılar səbəbindən sənətçi qapıya çatmaq
üçün sürünməli olub.
“Ailəm məni sarsıtdı! Nə ədalət var, nə də olacağı gözlənilir!” , – deyə
müğənni bildirib.
42 yaşlı müğənni ailəsi ilə üz-üzə gəlməkdən qorxduğu üçün sosial şəbəkələrdə
tənqid etməyə üstünlük verdiyini də bildirib. O, həmçinin uşaqlıqda yaşadığı
Luizianadakı evə baş çəkə bilmədiyindən təəssüfləndiyini bildirib.
“Gəlmək istərdim, amma əlimdən alıblar!”, – o bildirib.
Qeyd edək ki, Britni Spirs atası Ceymi Spirslə məhkəmədə qəyyumluq iddiasına
görə üz-üzə gəliblər.
Mənbə: Gazeta.ru