1d0efd6b-dc9f-4996-9d1b-df590629517b..jpg

Britni Spirs səkkizillik ayrılığa son qoyur

Baxış sayı: 716 dəfə baxılıb.

Britni Spirs səkkizillik ayrılığa son qoyur
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünyanın tanınmış müğənnisi Britni Spirsin səkkiz ildən sonra ilk albomu
buraxıla bilər.

Bu barədə “The Sun” öz mənbəsinə istinadən məlumat yayıb.

Buraxılış tarixi dəqiqi göstərilməsə də, 2024-cü ildə olacağı dəqiqləşdirilib.

İnsayder aydınlaşdırıb ki, albom üçün mahnıları Selena Qomes, Qven Stefani,
Kamila Kabello ilə işləmiş britaniyalı müğənni və bəstəkar Çarli XCX yazacaq.

Mənbənin sözlərinə görə, müğənnilər Spirsi səhnəyə qaytaracaq super hitlər
yaratmağı planlaşdırırlar.

“O, 21-ci əsrin ən böyük ulduzlarından biri kimi tanınır, ona görə də musiqi
qüsursuz olmalıdır. Çarli gözəl pop mahnıları necə yazmağı bilir”, – deyə
insayder bildirib.

Source link