Britni Spirs Sem Asgaridən rəsmən boşandı və yenidən “yoxa çıxdı” – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Britni Spirs Sem Asgaridən ayrıldığını elan etdikdən doqquz ay sonra keçmiş
əri ilə boşanmasını rəsmən həll edib. Asgari nikah müqaviləsinə etiraz etməmək
qərarına gəlib. Beləliklə, 60 milyon dollarlıq sərvət Britninin öz
ixtiyarındadır.
Ancaq pərəstişkarları Spirsin vəziyyətinə görə narahatlıqlarını bildiriblər.
Belə ki, ifaçı ayrıldıqdan sonra müxtəlif kişilərin əhatəsində diqqət çəkməyə
və çılpaq rəqs etdiyi videolar yayımlamağa başlamışdı. Boşanma həll olunduqdan
sonra isə ulduz “Instagram” hesabını yenidən silib.
Britninin özü pərəstişkarlarının onun necə olduğunu öyrənmək cəhdlərinə yaxşı
baxmır və şəxsi həyatına qarışmamağı tələb edir.
Mənbə: Spletnik.ru