Müğənni Britni Spirs bir neçə konserti atasının xəstəliyi üzündən təxirə saldığını etiraf edib.
ÇıxışYolu.Com xəbər verir ki, Spirs bu qərarı çətinliklə qəbul etdiyini, ailəsinin hər şeydən üstün olduğunu bildirib.
“Bir neçə ay öncə atam xəstəxanaya yerləşdirildi. Atam sağ qaldı, çox sevinirik. Lakin irəlidə ağır bərpa prosesi var”, – deyə o vurğulayıb.
Müğənni həmçinin bildirib ki, pərəstişkarlarına biletlərə xərclənən pulu qaytaracaq.