Britni Spirs yeni albom yazdıracağı ilə bağlı şayiələri təkzib edib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Müğənni Britni Spirs yeni albom üzərində işlədiyi barədə xəbərləri təkzib edib.
“Bilin ki, xəbərlərin çoxu zibildir! Yeni albom yazdırmaq üçün təsadüfi
insanlara yaxınlaşdığımı deyirlər… Mən heç vaxt musiqi industriyasına
qayıtmayacağam!” – deyə müğənni bildirib.
Spirs qeyd edib ki, o, yeni mahnıları yalnız “istək və ya sifarişlə” yazır. O,
mediada onun işi ilə bağlı yayılan şayiələrdən qəzəblənib və onların yalan
olduğunu vurğulayıb.
Qeyd edək ki, dekabrın 30-da “The Sun” nəşri Spirsin səkkiz ildən sonra
2024-cü ildə ilk albomunu buraxacağını yazmışdı.
Mənbə: gazeta.ru