21d9a90b-13ca-4767-be56-6193de21f6ac..jpg

Britni Spirsin memuarı Castin Timberleykin evliliyini yıxdı – FOTO

Baxış sayı: 544 dəfə baxılıb.

Britni Spirsin memuarı Castin Timberleykin evliliyini yıxdı – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-li müğənni Britni Spirsin “İçimdəki qadın” kitabı 2023-cü ilin oktyabrında
dərc olunduğu andan şokedici açıqlamaları ilə gündəmə çevrilib. İndi məlum olub
ki, bu xatirələr həmkarı Castin Timberleykin evliliyində problemlər yaradıb.

Belə ki, Spirs kitabında 19 yaşında olarkən həmin vaxtlar münasibətdə olduğu
Timberleykdən hamilə qaldığını yazıb. İfaçının sözlərinə görə, Castin onu
aborta məcbur edib, bir müddət sonra isə onu, ümumiyyətlə, tərk edib.

Müğənni abortdan əlavə, Castinin ona xəyanət etdiyini də bildirib.

Memuar yeni nəşr olunan vaxt Timberleykin həyat yoldaşı Cessika Bilin ərinin
keçmişindən dəhşətə gəldiyinə dair şayiələr yayılıb. Bu gün isə məlum olub ki,
12 il əvvəl ailə quran ulduz cütlük boşanma ərəfəsindədir.

Bəzi məlumatlara görə, Timberleyk və Bil artıq birlikdə yaşadıqları evlərini
satışa çıxarıblar. Bundan əlavə, hazırda maliyyə məsələlərini həll edirlər.

Mənbə: KP.ru

Source link