Britni Spirsin toyu ilə bağlı xatirələri onun keçmiş həyat yoldaşını
qəzəbləndirib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Müğənni Britni Spirsin keçmiş əri Ceyson Aleksandr onların toyları ilə bağlı
ulduzun danışdığı xatirələrinə görə qəzəblənib.
Spirsin 2004-cü ildə Las-Veqasda evləndiyi və 55 saat evli olduğu Ceyson
Aleksandr müğənninin onunla toyunda sərxoş olduqları barədə hekayəsini təkzib
edib.
“Məndən onu sevib-sevmədiyimi soruşdular. Açıq deyim: biz bir-birimizə aşiq
olmamışıq. Düzünü desəm, mən çox sərxoş idim və o vaxtlar çox darıxırdım”, –
deyə o yazıb.
Ceyson Aleksandr isə həm sevgili, həm də ayıq olduqlarını söyləyib.
İdmanda və aktyorluq karyerasında kiçik uğurlarından sonra fəaliyyət növünü
açıqlamayan Aleksandr Britni Spirslə uşaqlıqdan dost olduqlarını və hələ də ona
isti münasibət bəslədiyini xatırladıb.
Bundan əlavə, kişi keçmiş həyat yoldaşının memuarlarını almayacağını, lakin
böyük pula satmaq üçün ondan şəxsi imzalı bir nüsxə qəbul edə biləcəyini etiraf
edib.
Mənbə: TMZ