120f09be-bad3-4850-a1e4-668ef1534a59..jpg

Brüsseldə keçiriləcək mitinqin təşkilatçısı: “Güney Azərbaycan türklərinin haqq səsini dünyaya çatdıracağıq”

Baxış sayı: 963 dəfə baxılıb.

Brüsseldə keçiriləcək mitinqin təşkilatçısı: “Güney Azərbaycan türklərinin
haqq səsini dünyaya çatdıracağıq”

“Martın 25-də Brüsseldə keçiriləcək “Azadlıq və ədalət yürüşü” adlı mitinqində
Güney Azərbaycan türklərinin haqq səsi bütün dünya ictimaiyyətinə çatdırılacaq”.

Bu fikirləri “Report”a açıqlamasında Güney Azərbaycan türklərinin “Azadlıq və
ədalət yürüşü” adlı mitinqinin təşkilatçılarından biri Mahmud Bilgin deyib.

Onun sözlərinə görə, mitinqə bir çox Avropa və Skandinaviya ölkələrindən çox
böyük maraq var:

“Məndə olan məlumatlara görə, Fransa, Almaniya, Böyük Britaniya, Niderland,
Skandinaviya ölkələrində yaşayan insanlar aksiyada iştirak edəcəklər. Hesab
edirəm ki, çox böyük bir toplantı olacaq. Aksiyada milli bayrağımız
qaldırılacaq. Bu mitinqdə Güney Azərbaycan türklərinin İran rejiminə qarşı
mücadiləsinin haqq səsi bütün azad dünya ictimaiyyətinə çatdırılacaq. Belə ki,
biz göstərəcəyik ki, Güney Azərbaycan öz varlığını əldə etmək üçün yatmayıb və
hərəkətdədir. Bizim əsas məqsədimiz bütövlüyümüzlə bağlıdır. Daxilimizdə çox
gözəl birlik nümunəsi yaranıb. Bizim hər birimizin ürəyi Azərbaycan üçün
döyünür”.

Mahmud Bilgin bildirib ki, mitinqin yekunu ilə bağlı qətnamə hazırlanacaq:

“Toplantını işıqlandırmaq üçün çoxsaylı beynəlxalq media qurumları da dəvət
edilib. Düşünürük ki, molla, fars rejimi tərəfindən aksiyada təxribat da
törədilə bilər. Biz bununla bağlı da tədbirlərimizi görmüşük. Ümid edirəm ki,
biz qarşımıza qoyduğumuz məqsədə uğurla nail olacağıq”.

Source link