aaee54e7-eeb7-40c5-a5d9-1bc62abab345..jpg

Bryus Uillisin arvadı jurnalistlərə müraciət etdi: “İmkan verin…” – FOTO/VİDEO

Baxış sayı: 887 dəfə baxılıb.

Bryus Uillisin arvadı jurnalistlərə müraciət etdi: “İmkan verin…” –
FOTO/VİDEO

67 yaşlı amerikalı aktyor və prodüser Bryus Uillisin həyat yoldaşı Emma
Hemminq fotoqraflara müraciət edərək ərini izləməyi dayandırmağı xahiş edib.

Bununla bağlı özünün “Instagram” hesabında paylaşım edib.

44 yaşlı modelin sözlərinə görə, oxşar diaqnozu olan pasiyentlərin qohumları
üçün demensiyadan əziyyət çəkən insanı çölə çıxarmaq və hətta qəhvə içmək üçün
hansısa iaşə müəssisəsinə qədər təhlükəsiz şəkildə aparmaq çətindir.

“Bu, ərimin eksklüziv şəkillərini çəkməyə çalışan fotoqraflar və videoqraflara
müraciətdir. Bilirəm bu işinizdir, amma məsafəni saxlamağa çalışın. Xahiş
edirəm ərimin halını soruşmaq üçün qışqırmayın və ona fit çalmayın. Qoy ailəmiz
və ya onu müşayiət edən hər kəs onu A nöqtəsindən B nöqtəsinə təhlükəsiz
şəkildə çatdıra bilsin”, – deyə Hemminq bildirib.

Xatırladaq ki, Hemminq bundan əvvəlki müraciətində ötən il “afaziya” diaqnozu
qoyulan 67 yaşlı Uillisin xəstəliyinin
irəlilədiyini vəfrontotemporal demensiya (FTD) diaqnozu
qoyulduğunu elan etmişdi.

Uillis hələ ötən ilin martında xəstəliyi səbəbindən aktyorluq karyerasına son
qoyduğunu elan etmişdi.

Uillis “Məğlubedilməz” (“Die Hard”), “Altıncı hiss” (“The Sixth Sense”),
“Armageddon” və Kriminal qiraət (“Pulp Fiction”) blokbasterlərindəki rollarına
görə dünya şöhrəti qazanıb. O, beş dəfə “Qızıl Qlobus” mükafatına namizəd olub
və yalnız bir dəfə “Ay İşığı” Detektiv Agentliyi” (“Moonlight Detective
Agency”) serialındakı roluna görə mükafat alıb. O, həmçinin “Emmy” mükafatına
üç namizədlikdən ikisində laureat olub.


Source link