BŞBPİ “Müsavat”ın qanunsuz aksiya cəhdi ilə bağlı açıqlama yayıb

BŞBPİ “Müsavat”ın qanunsuz aksiya cəhdi ilə bağlı açıqlama yayıb

Baxış sayı: 1. 800 dəfə baxılıb.

BŞBPİ “Müsavat”ın qanunsuz aksiya cəhdi ilə bağlı açıqlama yayıb

Bakı Şəhər Baş Polis İdarəsi “Müsavat” Partiyasının Bakı Şəhər İcra Hakimiyyəti qarşısında icazəsiz aksiya keçirməyə cəhd etməsi ilə bağlı açıqlama yayıb.

İdarənin Mətbuat Xidmətindən daxil olan açıqlamada deyilir:

“Müsavat” Partiyasının üzvləri paytaxtın mərkəzi ərazilərindən birində mitinq keçirmək barədə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət ediblər. Müraciətə uyğun olaraq, “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunun müvafiq tələblərinə əsasən ictimai asayişin pozulmasının qarşısının alınması və şəhərin mərkəzi hissəsində keçirilməsi onun yerinin dəyişdirilməsi formasında məhdudlaşdırılaraq paytaxtın Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki “Neftçi” idman klubunun təlim bazası təklif olunub.

Bu barədə müraciətin müəlliflərinə rəsmi məlumat verilmiş və onlar müəyyən edilməmiş yerlərdə keçiriləcək hər hansı aksiyanın qarşısının alınacağı, baş verə biləcək ictimai qayda pozuntularına görə məsuliyyət daşıyacaqları barədə Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən rəsmi xəbərdar ediliblər.

Buna baxmayaraq, noyabrın 12-də saat 15 radələrində ümumi sayı təxminən 15 nəfərdən ibarət şəxs Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında qanunsuz aksiya keçirməyə cəhd göstəriblər. Görülmüş tədbirlərlə hüquqazidd hərəkətlərin qarşısı alınıb”.