f94c7cac-7398-4351-b0c0-f5a933f784e7..jpg

BSU-nun sabiq şöbə müdiri son söz üçün məhkəmədən vaxt istəyib

Baxış sayı: 745 dəfə baxılıb.

BSU-nun sabiq şöbə müdiri son söz üçün məhkəmədən vaxt istəyib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı Slavyan Universitetinin (BSU) Əlavə və Qiyabi Təhsil Şöbəsinin sabiq
müdiri Dürdanə Əliyevanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun
sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili müdafiə çıxışı
edib.

Dürdanə Əliyevaya son söz verilsə də, o, məhkəmədən vaxt istəyib. Növbəti
məhkəmə prosesi noyabrın 20-də keçiriləcək.

Xatırladaq ki, dövlət ittihamçısı təqsirləndirilən Dürdanə Əliyevanın səkkiz
il müddətinə azadlıqdan məhrum edilməsini, eyni zamanda, zərərçəkmişlərə dəyən
ziyanın ödənilməsini istəyib.

Qeyd edək ki, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində
Bakı Slavyan Universitetinin Əlavə və Qiyabi Təhsil Şöbəsinin müdiri, dosent
D.Əliyeva barəsində araşdırma aparılıb.

D.Əliyevanın qanunsuz əməlləri törətməsi barədə çoxsaylı şikayətlər
araşdırılıb. Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli
miqdarda ziyan vurmaqla törədildikdə), 32.4, 312.2 (rüşvət verməyə təhrik
etmə), 311.1 (rüşvət alma) maddələri ilə cinayət işi başlanılıb.

Source link