83fd641c-bcf5-435b-a78a-6c4a455ec6a8.webp

BTQ tanınmış afrikalı fəal Kemi Sebanın Fransada həbs olunmasını pisləyib

Baxış sayı: 234 dəfə baxılıb.

Bakı Təşəbbüs Qrupunun (BTQ) Afrika xalqlarının hüquqları uğrunda mübarizə
aparan tanınmış fəal Kemi Sebanın Fransa hüquq-mühafizə orqanları tərəfindən
qeyri-qanuni saxlanılmasına dair bəyanat yayıb.

Cixisyolu.com xəbər verir ki, bu barədə BTQ məlumat yayıb.

Bildirilib ki, BTQ Afrika xalqlarının hüquqları uğrunda mübarizə aparan
tanınmış fəal Kemi Sebanın Fransa hüquq-mühafizə orqanları tərəfindən
qeyri-qanuni saxlanılmasını qətiyyətlə pisləyir.

Qeyd olunub ki, bu qanunsuz addım yalnız şəxsi azadlıq və insan hüquqlarına
qarşı kobud bir pozuntu deyil, həm də Afrika xalqlarının neo-kolonializmə qarşı
mübarizəsinə və suverenlik hüququna yönəlmiş bir təzyiq kimi
qiymətləndirilməlidir.

Bəyanatda bildirilib ki, Kemi Seba uzun illər ərzində neo-kolonializm
siyasətlərinə qarşı çıxan və Afrikanın müstəqillik uğrunda apardığı mübarizədə
önəmli simalardan biridir:

“Onun saxlanılması, ifadə və siyasi fəaliyyət azadlığının pozulması olmaqla
yanaşı, Fransanın Afrikada mövcudluğunu və təsirini qeyri-legitim yollarla
davam etdirməyə çalışdığını bir daha sübut edir. Bu cür hərəkətlər, Fransa
dövlətinin hələ də müstəmləkə dövrü təfəkküründən çıxmadığını və öz
hegemonluğunu qorumağa çalışdığını göstərir.

Kemi Seba siyasi məhbusdur və onun saxlanılması birbaşa siyasi fəaliyyəti ilə
əlaqədardır.

Bakı Təşəbbüs Qrupu beynəlxalq ictimaiyyəti, insan hüquqları müdafiəçilərini
və beynəlxalq təşkilatları bu qanunsuz hərəkəti qınamağa və Fransa hökumətini
Kemi Sebanı dərhal və qeyd-şərtsiz azad etməyə çağırırıq. Hər bir şəxsin
qanunlar çərçivəsində hərəkət azadlığı toxunulmazdır və heç bir dövlətin güc
tətbiq edərək insanları bu hüquqdan məhrum etmək haqqı yoxdur.

Afrika xalqlarının öz gələcəklərini azad və ədalətli şəkildə müəyyən etmək
hüququ təmin olunmalı və onların suverenliyinə qarşı edilən hər hansı müdaxilə
qəti şəkildə rədd edilməlidir.

Biz, Bakı Təşəbbüs Qrupu olaraq, bu hadisəni Fransanın Afrikada uzun illərdir
davam edən neo-kolonial siyasətinin bir təzahürü kimi görür və regionda həqiqi
dekolonizasiya prosesinin başladılması üçün qlobal səviyyədə həmrəylik nümayiş
etdirilməsinə çağırırıq”.

Source link