363b4b87-dc21-489e-b99f-741ba35a7f16.webp

BTS-də qalmaqal: “K-pop” ulduzu məhkəməlik oldu

Baxış sayı: 303 dəfə baxılıb.

Cənubi Koreya məhkəməsi BTS pop-qrupunun üzvü “Suga”nı (Min Yun Gi), elektrik
skuteri sərxoş vəziyyətdə idarə etdiyinə görə 11 400 dollar məbləğində
cərimələyib.

Cixisyolu.com-ın məlumatına görə, bu barədə “Yonhap” agentliyi hüquq dairələrindəki
mənbələrə istinadən xəbər verib.

Sentyabrın 10-da prokurorluq artistə qarşı sürətləndirilmiş məhkəmə proseduru
çərçivəsində ittiham irəli sürüb ki, bu da adətən, xətalara qarşı tətbiq
olunur. Bu yanaşmada məhkəməyə cərimə tətbiq etmək xahişi göndərilir.

Min Yun Ginin hökmə etiraz etmək üçün bir həftə vaxtı var.

Qeyd edək ki, polis 31 yaşlı ifaçını Seulun mərkəzi rayonlarından birində
küçədə aşkar edib. O, elektrik skuterindən yıxıldıqdan sonra ayağa qalxmağa
çalışırmış. Araşdırma zamanı onun qanında alkoqolun miqdarının 0.227% təşkil
etdiyi müəyyənləşib. Ölkə qanunlarına görə, 0.08% səviyyəsi sürücülük
vəsiqəsindən məhrum edilmək üçün hüquqi əsas yaradır.

Qeyd edək ki, qrup 2013-cü ildən yaranmasına baxmayaraq, bu müddət ərzində çox
şeyə nail olub: Klipləri bir gündə baxış sayına görə dəfələrlərekord qırıb
, “Dynamite” mahnıları Cənubi Koreyaya 1,5
milyard dollara (2,5 milyard manat) qədər gəlir gətirib, bu səbəbdən “K-pop”
(Koreya pop-musiqisi – red.)məktəb proqramlarına
salınıb. Bundan başqa, BTS 2021-ciilin artistləri
seçilib.

BTS-də qalmaqal: “K-pop” ulduzu məhkəməlik oldu
BTS-də qalmaqal: “K-pop” ulduzu məhkəməlik oldu

Source link